Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazirlikdən məktəblərdə H1N1/A virusunun yayılmasına - MÜNASİBƏT
Respublikada təhsil müəssisələrində şagirdlər və müəllimlər arasında H1N1/A və qızılca virusuna yoluxma hallarının olub-olmamasına dair məsələyə nazirlik tərəfindən aydınlıq gətirilib.
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrində məktəblilər və müəllimlər arasında sözügedən virusların yayılması barədə heç bir rəsmi məlumat daxil olmayıb.
Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı Azərbaycanda A/H1N1 virusunun olduğunu tədiqləyib.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də öz növbəsində Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında Azərbaycanda 16 nəfərdə A/H1N1 virusunun aşkarlandığını və bunun ÜST tərəfindən də təsdiqləndiyini bildirib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva isə 2018-ci ilin noyabr-dekabr ayları ərzində uşaqlar və yaşlılar arasında 50-yə yaxın qızılcaya yoluxma hadisəsinin müşahidə edildiyini deyib.
Könül Cəfərli