Neftçala rayonunda özünü Kür çayına ataraq intihar edən 19 yaşlı qızın meyiti tapılıb.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri meyiti bu gün səhər saatlarında sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.
Qeyd edək ki, iyulun 1-də saat 19:00 radələrində Neftçala rayonunun Birinci Qaralı kənd sakini Şəfa Şakir qızı Məmmədova özünü Kür çayına ataraq intihar edib.
02.07.2016
Neftçala rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonunun Birinci Qaralı kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədova Şəfa Şakir qızı özünü Kür çayına ataraq həyatına son qoyub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri qızın meyitini axtarırlar.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.