Neftçalada yol qəzasında yaralanan sürücü xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, mayın 18-də iki motosikletin toqquşması nəticəsində yaralanan sürücülərdən biri, Bankə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Məmmədov Əli İnqilab oğlu Neftçala rayon xəstəxanasının reanimasiya şöbəsində keçinib.
Xatırladaq ki, hadisə may ayının 18-də rayon mərkəzində qeydə alınıb. Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Cavanşir Xəlil oğlu Yusifovun idarə etdiyi motosiklet, Bankə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Əli İnqilab oğlu Məmmədovun idarə etdiyi motosikletlə toqquşub.
Qeyd edək ki, qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücülər Neftçala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdilər.
Faktla bağlı araşdırma aparılır.