Növbəti vakansiya seçimi mərhələsinə start verildi.
Oxu.Az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə bu gün saat 11:00-dan etibarən start verildi. Namizədlər şəxsi səhifələrinə daxil olaraq dörd vakant yer seçimi edə bilərlər.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 25 avqust saat 11:00-da başa çatacaq.