Bu gün səhər saatlarında şımal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən 106-111-ci kilometrlik hissəsində 7 nöqtədə, Kərimli avtomobil yolunda isə 1 nöqtədə ağacların və iri budaqların yolun hərəkət hissəsinə qırılaraq aşması avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi alətlərlə təchiz olunmuş əməkdaşları cəlb olunub.
Qısa müddət ərzində sözügedən avtomobil yollarının hərəkət hissəsi qırılmış ağac və budaqlardan təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.

:640.jpeg)

:640.jpeg)
:640.jpeg)

09:16
Oğuz rayonunda güclü külək nəticəsində ağaclar yola aşıb.
“Report”un məlumatına görə, bu gün səhər saatlarından başlayaraq şimal-qərb bölgəsində güclü külək əsir.
Nəticədə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən hissəsi ağacların yola aşması nəticəsində bağlanıb.
Hazırda rayonun Kərimli kəndi istiqamətində yol bağlıdır. Digər yollarda isə yolun açılması üçün işlər görülür. Güclü külək davam edir.
