Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu
Onlayn kredit götürmək istəyən şəxsin başına iş gəlib.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Həsən Məmmədov iddia edir ki, ötən il sosial şəbəkələrin birindən tapdığı səhifəyə kredit üçün müraciət edib, bunun üçün onlara şəxsiyyət vəsiqəsinin şəklini də göndərib.
Lakin daha sonra Həsən Məmmədov onların dələduz olduğunu anlayaraq, vəsiqəsinin şəklini mesajlardan silib, lakin o, gözləmədiyi hadisə ilə qarşılaşıb.
Həsən Məmmədov bildirib ki, ona məxsus şəxsiyyət vəsiqəsi ilə səhifə sahibi tərəfindən digər şəxslərə qarşı dələduzluq edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov deyib ki, vətəndaş Həsən Məmmədovun müraciəti üzrə araşdırma aparılır.
Ətraflı süjetdə:

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Balakəndə geriyə hərəkət edən avtomobil piyadanı vuraraq öldürüb
- Aeroport şosesində diqqətsizliyin səbəb olduğu qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Şeytan arabası
- Azərbaycanda insanlara 300 mindən artıq zərər vuran şəxs SAXLANILDI - Məlumatları xaricə ötürürmüş
- Bakıda evdən 60 min manatdan çox pul oğurlayan QADIN İMİŞ