Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ötən ay ümumi məbləği 5 milyon 609 min 617 manat təşkil edən qaçaqmal müsadirə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, aşkar olunaraq götürülmüş qeyri-qanuni malların siyahısına ABŞ valyutası, spirtli içkilər, dərman vasitələri və tütün məmulatları daxildir.