Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Papaq: Azərbaycan kişisinin üç əsas atributundan biri - VİDEO
Xalqımızın tarix səhnəsinə nəzər salsaq görərik ki, Azərbaycan kişisi 3 əsas şeyə önəm verərdi ki, bunlardan biri də papaq idi.
Papaqların şələ, dakka, qoçu, buxara kimi növləri var. Bəy zümrələrinin geyindiyi Buxara papağı Buxaradan gətirilmiş dəridən konus şəkilində hazırlanlr.
27 ildir papaq tikməklə məşğul olan Sadu Xalayev deyir ki, papağa maraq gündən- günə azalır. Ancaq buna baxmayaraq papaqçı bu işi ilə xalqa böyük yaxşılıq etdiyini düşünür
Azərbaycan kinomatoqrafiyasında da xalqımıza xas kişi obrazının yaradılmasında papaq önəmli rol oynayıb. İstər Məşədi İbadın papağın qoyuluşuna, istərsə də Cahandar Ağa obrazının papağa yanaşmasında bunun şahidi oluruq.
Hamımızın papaq filimi kimi tanıdığımız “Evlənmək istəyirəm” filmində də ideya məzmunu papaq üzərində qurulub. Lakin papaq Qafqazın kişilik, mərdlik simvolu sayıldığından filimin rejissoru Cahangir Mehdiyev nə qədər təkid etsə də filmin adının papaq qoyulmasına razılıq verilmir.
Ustanın indiyə kimi satdığı ən bahalı papaq 500 manata olub. Daha çox müştəriləri isə hacılar, yaşlı insanlar və Müdafiə Nazırliyinin komandir və leytinatlarıdır. Eyni zamanda usta papaq tikmək üçün xaricdən gətirilən xam malın gömrük rüsumunun da yüksək olmasından şikayətləndi.
Keçən əsrin 60-70 ci illərində dəbə düşən “aerodrom” papaqlarını isə hal hazırda daha Bakı kəndlərində istifadə edirlər.
İndi artıq nə zəmanə o zəmanədir, nə də ki, insanlar o insalardır. Dəyişən dövürdə bu gün papaq gündəlik geyim kimi istifadə olunmasa da bütün dünyaya tariximizi, mədəniyyətimimizi, özümüzü göstərmək üçün milli dəyərlərimiz siyahısındadır.
Billurə Mikayıllı, Valeh Arifoğlu
"Azərbaycan" teqi üzrə xəbərlər
- Pakistanın baş naziri Azərbaycana gələcək - Tarix açıqlandı
- Baş katib: "Azərbaycan sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi"
- Suriyada səfirliyimizin fəaliyyətə başlaması əlaqələrimizi yeni mərhələyə qaldıracaq
- Böyük maraqla qarşılanan əcnəbi döyüş filmində Bakı mənzərələri
- Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib