Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Polis generalının oğluna yeni vəzifə verildi
Daxili işlər orqanlarında yeni təyinat olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub.
U.Şirinovun yerinə isə hələlik təyinat yoxdur.
Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, yeni vəzifəyə təyin olunan U.Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun oğludur.
A.M.
"Qusar rayonu" teqi üzrə xəbərlər
- Qusarda yüksək dağlıq ərazidə yanğın başlayıb
- Kredit borcları üzrə ödənişdə gecikmələr nə ilə əlaqədardır?
- Qusar şəhərində sahibsiz qalan stadionun tikintisi yenidən davam etdiriləcək?
- DTX-nin Qusar əməliyyatı - "Meşə qardaşları" barəsində YENİ QƏRAR
- Buz bağlayan şəlalələr - Nağıllar dünyasına bənzəyən Laza kəndi