Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Polis kibercinayətkarlığa qarşı əməliyyat keçirdi: Altı nəfər cinayət məsuliyyətinə cəlb edildi
Yevlaxda kibercinayətkarlığa qarşı tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində kiberüsullarla vətəndaşların pulunu mənimsəyən altı nəfər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunub.
Zərərçəkmiş şəxslərə dəymiş 20 min manata yaxın maddi ziyanın təqsirkar şəxslər tərəfindən ödənilməsi təmin edilib.
Eyni zamanda, rayon ərazisində profilaktiki tədbirlər də keçirilib. Kibercinayət törədənlərin istifadə etdiyi üsullar vətəndaşların diqqətinə çatdırılıb. Bankomatların ətrafında xəbərdaredici lövhələr quraşdırılıb.
"Yevlax Rayon Polis Şöbəsi" teqi üzrə xəbərlər
- Yevlaxda oğurluq və narkotiklərlə əlaqəli cinayətlər törədən iki nəfər saxlanılıb
- Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi
- Yevlax rayonundan qaçırılan maşın Ağsu rayonunun ərazisində tapılıb
- Yevlax sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb
- Şəhidin arvadı və uşaqları oğurlanıblar? - Polisdən AÇIQLAMA