“Bu gün Azərbaycan dilinin praktiki vəziyyəti ilə bağlı çox problemlər var. Reklam sahəsində, internet məkanında çox ciddi dil problemi var. Gənclər telefon istifadəsi zamanı sözləri qısaldaraq yazır ki, bu gələcəkdə ciddi problemlərə yol açacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.
O bildirib ki, bu problemlər yalnız kütləvi informasiya vasitələrində və ya aparıcıların nitqində olan qüsurlar deyil:
“Azərbaycan dili dərsliklərində, dilimizin qrammatikasında kifayət qədər problemlər var. Azərbaycan dilinin zənginliyini qorumaq lazımdır. Xaricdə Azərbaycan dilinin tədrisi ilə bağlı problemlər var. Bu problemlərin həllini düşünüb, o istiqamətdə danışmaq lazımdır”.
Könül Cəfərli