Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qanunu bilməyən sürücülərin çaşbaş qaldıqları yol
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtda, Kənar Dairəvi yolda hərəkətin düzgün tənzimlənməsi üçün sürücülərin bilməli olduqları qayda haqqında məlumat verilib.
Belə ki, sözügedən kəsişmədə "Yol hərəkəti haqqında" qanuna əsasən, soldan gələnlər icazə verməlidirlər ki, sağda olanlar sol tərəfə manevr etsinlər. Daha sonra sol istiqamətdə hərəkət edənlər sağa çıxmaq istədikləri halda hərəkətlərini davam etdirə bilərlər.
Qeyd olunan kəsişmədə sürücülərin bəzilərinin qaydaları bilməməsi və ya bilib riayət etməməsi qəza riski yaradır.
Nəzərə alsaq ki, kəsişmədən sonra yola sağdan daxil olanların mütləq əksəriyyəti sola manevr etmək istəyir, belə olan halda sol zolaqdan sağa keçmək istəyənlər öncəkilərə şərait yaratmalıdırlar.
Əgər soldakılar zolağı dəyişmirsə, bu zaman sağdakılar ikinci dərəcəli hesab olunur. Yəni solu buraxıb sonra manevr etməlidirlər.
Daha ətraflı Baku TV-nin süjetində:
Rəylər