Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qar yağır, görmə məsafəsi məhdudlaşıb - FAKTİKİ HAVA - 22.03.2025
Bu gün saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Naftalan, Goranboy, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Yardımlı, Lerik, Lənkəran, Astara, Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda fasilələrlə yağış yağır.
Göygöl, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağması müşahidə olunur.
Daşkəsən, Göygöl, Balakən, Qax Şəki, Qəbələ, Oğuz və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, düşən yağıntının miqdarı Astarada 31, Lənkəranda 29, Şəkidə 7, Oğuzda 6, Lerik və Qəbələdə 5, Cəlilabadda 4, Balakəndə 3, Göygöl, İmişli, Biləsuvar, Kürdəmir, Zərdab və Göyçayda 2, Zaqatala, Sabirabad, Cəfərxan, Neftçala, Beyləqan, Tərtər, Naftalan, Mingəçevir, Yevlax, Qobustan, Quba, Qusar, Xaltan, Sədərək, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdamda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Dağlıq ərazilərə isə qar yağır, qar örtüyünün hündürlüyü Şahdağ və Qrızda 1 sm təşkil edir.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Qobustan, Göyçay, Şamaxı, Qusar, Qrız, Cəfərxan və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Naxçıvan MR-də 6, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək şaxta qeydə alınıb.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- Paytaxtda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq - 28.04.2025
- Bəzi rayonlarda külək əsib, arabir şimşək çaxıb – FAKTİKİ HAVA
- Azərbaycanın əksər rayonlarında hava yağıntılı keçib, şimşək çaxıb - FAKTİKİ HAVA
- Sabah 29 dərəcə isti olacaq