Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qarabağda bu gün daha bir şəxs minaya düşdü - YENİLƏNİB
Dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində elektrik təsərrüfat sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibov elektrik xətti çəkərkən mina partlayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir.
Qeyd olunur ki, hazırda faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.
12:14
Şuşa şəhəri, tar sexi ərazisində elektrik təsərrüfatı sahəsində çalışan zaman minaya düşən Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibov “Azərenerji” ASC-nin əməkdaşıdır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, R.Həbibov iş fəaliyyətini yerinə yetirərkən minaya düşüb. Partlayış nəticəsində dizdən aşağı ətrafı ağır xəsarət alıb. O, dərhal Xankəndidəki xəstəxanaya aparılıb. Vəziyyəti ağırdır.
12:03
Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri, tar sexi ərazisində elektrik təsərrüfatı sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.
Qeyd edək ki, bu gün saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə 1994-cü il təvəllüdlü Zamin Həsənli də xəsarət alıb.
Faktlarla bağlı araşdırma aparılır.
Könül Cəfərli