Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qazax sakininin ixtirası fermerləri heyrətləndirdi – VİDEO
Qazax sakininin hazırladığı qurğu bir çoxlarının, xüsusən də təsərrüfatla məşğul olanların diqqətini cəlb edib. Fermer üzüm sahəsini qurd-quşlardan qorumaq üçün “quşqorxudan”ın yeni versiyasını yaradıb. Qurğu həmçinin yırtıcı heyvanların əraziyə yaxınlaşmasının da qarşısını alır.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Tahir Qurbanovun ixtira etdiyi texnika həm fərqliliyi, həm də təsərrüfatdakı əhəmiyyəti ilə diqqət çəkir.
Qurğu avtomobil şüşəsiləni və akkumlyatorun köməyi ilə hərəkətə gətirilir. İşə düşdükdə isə səsi bağın hər tərəfinə məftillərə bərkidilmiş dəmir qablar çıxardır.
Tahir Qurbanov qurğudan üzüm bağının qurd-quşdan qorumaq üçün istifadə edib. Mövsüm vaxtı zərərvericilərin məhsula vurduğu ziyan təsərrüfatçını bu cür vasitəyə əl atmağa vadar edib. Qurğu düzəldikdən sonra əraziyə, demək olar, bir dənə də olsun heyvan, quş yaxınlaşmır.
Üzüm bağı yol kənarında olduğu üçün buradan ötüb-keçənlər qurğunu maraqla izləyir. Hətta bəzi fermerlər bu texnikadan yararlanmaq fikrinə düşüblər. Təsərrüfata çəkilən xərcləri minimuma endirmək üçün Tahir Qurbanov başqa vasitələrə də əl atıb. Soyuducu anbarlara daha çox pul xərcləməsin deyə, evində bir anbar tikib istifadə edir.

S.B.
www.oxu.az
"Qazax" teqi üzrə xəbərlər
- Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
- Qazaxda 19 yaşlı oğlan intihar edib
- Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI
- Qazaxda evdə yanğın olub