Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qazaxda güclü qasırğa olub
Qazax rayonunda güclü küləklə müşahidə olunan qasırğa olub.
Oxu.Az-ın APA-ya istinadən məlumata görə, qasırğa bu gün saat 14 radələrindən başlayıb, əsasən rayonun mərkəzində, Cəfərli, Fərəhli, Alpoud kəndlərində qeydə alınıb.
Güclü külək inzibatı və fərdi binaların dam örtüklərinə ziyan vurub, bəzi ərazilərdə ağaclar qırılıb, bəzi yaşayış məntəqələrində elektrik, telefon və qaz xətlərində problemlər yaranıb.
Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda kommunal xətlərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparırlar.
Fövqəladə Hallar Komissiyası dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparır.
"Qazax" teqi üzrə xəbərlər
- Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
- Qazaxda 19 yaşlı oğlan intihar edib
- Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI
- Qazaxda evdə yanğın olub