Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qəbələ RLS-yə yeni direktor təyin edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-nin (Qəbələ RLS) direktoru İlkin Şıxqəmzəyev vəzifəsindən azad edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.
Onun digər əmri ilə RLS-yə rəhbərlik Vasif Rzayevə həvalə olunub.
Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nin balansında olub.
"Yeni təyinat" teqi üzrə xəbərlər
- General Akif Pirverdiyev 4-cü Ordu birliyinin komandiri TƏYİN OLUNDU
- Mərkəzin direktoru işdən çıxarıldı - Yerinə baş məsləhətçi gətirildi
- Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub
- Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub
- ADY-dən ayrılan department müdirinə yüksək vəzifə verildi