Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qəbələdə dəhşətli qəza: Ölən və xəsarət alanlar var
Qəbələnin Nohurqışlaq kəndi ərazisindən keçən magistral yolda baş verən hadisə bu gün saat 09:30-da qeydə alınıb.
Bu məlumat Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilib.
"Hadisənin baş verməsinə səbəb 90-FC-880 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobillə 10-KH-887 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin toqquşması olub", - deyə məlumatda bildirilir.
Hadisə yerindən videogörüntünü təqdim edirik:
Əzizə İsmayılova
Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisindən keçən magistral yolda baş verib.
Belə ki, kənd ərazisində "Mercedes" və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, "Mercedes"in sürücüsü 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI