Qəbələdə keçmiş məhkum yenidən oğurluq üstündə həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş Ə.Məmmədlinin ətrafında Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun rayon ərazisindəki daha bir evdən 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.