Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qəbələdə zəncirvari qəza: Turistlər həlak oldular
Qəbələdə zəncirvari yol-nəqliyyat hadisəs baş verib, ölən və xəsarət alanlar var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, iyunun 15-də saat 18 radələrində Ağdaş-Qəbələ avtomobil yolunda Yaqub Rzayevin idarə etdiyi "Mercedes Vito" və Elşən Əliyevin idarə etdiyi yük avtomobili toqquşub.
Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 2005-ci il təvəllüdlü A.R. aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, həmin nəqliyyat vasitəsindəki daha üç nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Qəbələdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, iki əcnəbi turist ölüb.
"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "Mercedes-Benz" markalı minik avtomobilinin və yük maşınının toqquşması nəticəsində iki əcnəbi turist ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI