Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 10 May və Xırman küçələrində yolun vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Baku TV-nin məlumatına görə, sakinlər iddia edirlər ki, küçənin giriş hissəsindəki asfalt örtüyü tamamilə dağıdılıb və kanalizasiya quyusunun ətrafında çökmə yaranıb. Buna görə də avtomobillərə mütəmadi ziyan dəyir.
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bununla bağlı bir tədbir görülməyib.
Qaynar xətt:
(055) 224 12 12