Qusar rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Ləcət kənd sakini, 2006-cı il təvəllüdlü Niftəliyev Ramid Bəhruz oğlu kanalda boğulub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
S.B.
www.oxu.az