Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ramana qəsəbəsində boru partlayıb, evlərə su verilmir
Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyatzadə küçəsində su borusu partlayıb, evlərə dörd gündür ki, su verilmir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, su xəttinin partlaması ərazidə hərəkəti çətinləşdirib. Yaranmış problem həm də evlərə suyun verilişində problem yaradıb.
Sakinlərin sözlərinə görə, məsələ ilə əlaqədar aidiyyəti quruma müraciət olunub. Lakin problem hələ də həllini tapmayıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları sözügedən küçədən keçən su xəttində baş verən qəzanı aradan qaldırıblar. Su təchizatının bərpa olunması istiqamətində işlər davam etdirilir.
Ətraflı videomaterialda:

"Ramana qəsəbəsi" teqi üzrə xəbərlər
- Ramanadakı qəza nəticəsində işıqfor yararsız vəziyyətə düşdü
- 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb
- Ramana qəsəbəsində çirkab suları həyatı iflic edib - ŞİKAYƏT
- Sabah Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
- Ramana qəsəbəsinin sakinləri bir aydır suyun içində qalıblar