Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Bəhruz Cabbarov Qubadlı Rayon Polis şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, B.Cabbarov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəisi vəzifəsində işləyib.