Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Regionlarda işıqforların iş rejimi nəzarətdə saxlanılır
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal" İdarəsi tərəfindən regionların inzibati ərazilərində quraşdırılmış işıqforların normal işləməsi, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.
Oxu.az xəbər verir ki, idarənin regional qurumları tərəfindən Ağdam, Tərtər, Bərdə, Xankəndi, Şirvan, Qəbələ, Hacıqabul, Saatlı, Sabirabad və Şamaxıda işıqfor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.
Təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqforların iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub.
"İşıqfor problemi" teqi üzrə xəbərlər
- "Piyada keçidi var, amma yolu keçə bilmirik" - ŞİKAYƏT
- Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib
- Bakıda işıqforun qırmızı işığına məhəl qoymayan avtobus sürücüsü cərimələndi
- Bakının 9-cu mikrorayonunda işıqforun işləməmə səbəbi nədir?
- Sabunçuda bəzi küçələrdə yeni işıqforlar quraşdırılıb