Azərbaycan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.
“Report” xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə Aida Bədəlova nazirin müşaviri vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də çalışıb.
Bu təyinatla nazirin müşavirlərinin sayı 3-ə çatıb.