Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Restoranların fantastik yeni il qiymətləri: Bakıda yeni il neçəyə başa gəlir? - VİDEO
Yeni ilə sayılı günlər qaldığından restoranlarda yer tapmaq müşkülə çevrilib. Təklif olunan qiymətlər isə necə deyərlər, əl yandırır.
Yəni paytaxt restoranlarında fərqli ab-havada təzə ili qarşılamaq istəyənlər üçün depozit bir nəfər üçün minimum 100 manatdan başlayır. Tələb olunan qiymət dəyərində sifariş verib-verməməyinizin isə heç bir önəmi yoxdur. Müəyyən olunan qiymət ödənməlidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu qanun pozuntusu hesab edir:
“Müştəri ilə xidmət göstərən arasında müqavilə bağlanmalıdır. Bu müqavilənin şərtlərində istehlakçının istifadə etmədiyi xidmət üçün ödədiyi pulun qaytarılması məsələsi öz əksini tapmalıdır”.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

"Eyyub Hüseynov" teqi üzrə xəbərlər
- Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"
- "Kənd toyuğudur" deyib əhalini necə aldadırlar? - İşbazların tələlərinə düşməməyin YOLLARI
- Mağazalarda satılan toyuqların içərisinə buz doldurulur?
- Çeklərdə fiskal və ya QR-kodların oxunmamasının səbəbi nədir?
- Azərbaycanda alıcılara şad, satıcılara bəd xəbər: Bazarda yeni "müharibə" başlayır