Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib.
Bu barədə Oxu.Az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə "iş nömrəsi"nin sonuna "9" rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu "7727" nömrəsinə göndərməklə öyrənə bilərlər.
Müsabiqədə iki namizəd iştirak edib və rezidenturaya qəbul olunub.
Rezidenturaya qəbul olmuş namizədlər 5-10 sentyabr (18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.
Əlavə məlumat Səhiyyə Nazirliyindən veriləcək.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.
Qəbul olunanların siyahısı:
| İş nömrəsi | Topladığı bal | Qəbul olduğu ixtisasın kodu |
| 270652 | 51 | 329138 |
| 269603 | 53 | 311163 |