İyulun 30-da Rusiyanın Astraxan vilayətinin Znamensk şəhərində yerləşən 48315 nömrəli hərbi hissədə azərbaycanlı milliyyətli əsgər (8 ayın əsgəri) Emil Abdullayev yenicə and içmiş erməni Jan Meroyana hücum edib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, insident ayaqyolunda baş verib.
Əvvəlcə azərbaycanlı ermənini çiyni ilə itələyib, sonra isə, J.Meroyanın bunu nə üçün etməsi barədə sualına cavab olaraq, gözlənilmədən ona hücum edib və vuraraq, erməninin çənəsini sındırıb.
İndi həkimlər Znamenskin hospitalında “çənənin yerdəyişmə ilə daxili sınığı” diaqnozu almış Meroyanın çənəsini yerinə yığırlar, Emil Abdullayev isə hərbi prokurorluq tərəfindən saxlanılıb və hazırda istintaq altındadır.