“Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyli həbs olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, bu gün Xətai rayon Məhkəməsi S.Əlibəylinin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Qeyd edək ki, S.Əlibəyli bir gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 221.3-cü (silah və yaxud silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmə) maddəsi ilə ittiham olunur.