Sabah Bakının Suraxanı rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat verib.
Bildirilib ki, Suraxanı rayonu ərazisində ortatəzyiqli qaz xətti üzərində ölçü qovşağının quraşdırılması məqsədilə iyunun 11-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə "MİDA" yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Saatlı rayonunun beş kəndində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, diametri 225 mm-lik PE "Qaracalar QPS-Varxan kənd" orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı ilə əlaqədar 11.06.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Saatlı rayonunun beş kəndində - Qaracalar, Seyidlər, Gomuşçu, Qaralar və Varxanda (ümumi 1124 abonent) ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.