Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin təminatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, iyulun 11-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) balansında olan 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasının 10 kV-luq birinci bölməsində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Aranlı, Bağbanlar, Çinarlı, Günəşli, İsmətli, Nəsimi, Zəhmətabad kəndləri, eləcə də şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdəki abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.