Paytaxtın Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti olaraq aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə mayın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırıldığı müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qazla təminatında müvəqqəti fasilə yaranacaq.
Sabah Şirvan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Şirvan "əhali" ölçü qovşağından təbii qazla təmin edilən diametri 315 mm PE ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı aparılacaq.
Bu məqsədlə mayın 27-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhərinin Bağçılıq massivi, Məcburi köçkünlər qəsəbəsi, M.Rəsulzadə, 28 May, F.Xoyski, Ç.Mustafayev, Ş.İ.Xətai, M.Müşviq, Şəhriyar, N.Tusi, Ə.Kürçaylı, Bülbül, Ü.Hacıbəyov, Heyranxanım, S.Bəhlulzadə küçələrində, eyni zamanda, səkkiz qeyri-yaşayış sahəsində (ümumi 2 508 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.