Sabirabad sakinini elektrik cərəyanı vurub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.
Sabirabad rayonu, Ulucalı kənd sakini, 1984-cü il təvəllüdlü Sadıqov Emin Cəfər oğlunu elektrik dirəyində iş görərkən cərəyan vurub öldürüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
A.S.
www.oxu.az