Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Sabirabadda ağır yol-nəqliyyat hadisəsi: Ölənlər var - FOTO/VİDEO
Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Zalqarağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes-Benz” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Ərzuman Məzahir oğlu Süleymanov və 1978-ci il təvəllüdlü Zaur Xudayar oğlu Mədətov dünyasını dəyişib.
Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Elməddin Ağazadə oğlu Mustafayev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

"Sabirabad" teqi üzrə xəbərlər
- "İlğım" əmtəə nişanlı saxta "Himalay duzu" satışdan geri çağırılıb
- Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar? - Araşdırmalara BAŞLANILDI
- Sabirabadda avtomobil su kanalına aşdı: Xəsarət alanlar var
- Sabirabadda minik avtomobili maneəyə çırpıldı: Ölən və yaralanan var
- Azərbaycanda kişi özünü qeyri-adi üsulla öldürdü