Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, regionun bəzi dağlıq və dağətəyi zonalarında yağıntı müşahidə olunur.
Şahbuz rayonunun Kükü kəndinə isə dolu düşüb. Dolunun diametri bir santimetr təşkil edib.
