ABŞ Prezidenti Donald Tramp iyunun 9-da İranın Hörmüz boğazında gecə patrul xidməti aparan "Apaçi" helikopterini vurduğunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, prezident bu barədə öz sosial şəbəkə hesabında yazıb.
Tramp bildirib ki, İran bu addımına görə cavab verməli olacaq.
"Yüksəkrütbəli hərbçilərimizdən mənə məlumat verildi ki, dünən gecə iranlılar Hörmüz boğazı üzərində patrul xidməti apararkən "Apaçi" helikopterlərimizdən birini vurublar". ABŞ bu hücuma mütləq cavab verməlidir", - deyə o əlavə edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bildirib ki, helikopterin iki heyət üzvü təxminən iki saat ərzində xilas edilib və vəziyyətləri stabildir.