Nigeriyanın şimal-şərqindəki Borno ştatında vəbaya yoluxanların sayı 7 850 nəfərə, ölənlərin sayı isə 74-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatına istinadən məlumat verib.
Epidemiya ictimai səhiyyə sahəsində fövqəladə vəziyyəti hesab olunur və təcili tədbirlərin görülməsini tələb edir.
Nigeriya Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya Borno ştatının 36 rayonuna yayılıb.