“Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub. Bu münasibətlə hər birinizi təbrik edirəm”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
O bildirib ki, tezliklə azad olunmuş ərazilərdə infrastrukturu bərpa edəcəyik.
Könül Cəfərli