Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
"Payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 18-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Şuşa, Kənd Ramana, Savalan, Maştağa qəsəbələrinin, həmçinin Səbail rayonunun Badamdar qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.
Qaynar xətt:
(055) 224 12 12