Ötən axşam saat 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə, Şamaxı ərazisində 4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkandan sonra sakinlər təşvişə düşüblər. İnsanlar küçədə tonqal qalayaraq, bir neçə saat evə getməyiblər.
Oxu.Az xəbər verir ki, rayonun icra başçısı Tahir Məmmədov sakinlərlə görüşüb və gecəni çoxmərtəbəli binalarda keçirməməyi tövsiyə edib.
Bir qrup bina sakinləri qohumlarının evinə yerləşiblər.
Şamaxı rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev zəlzələdən sonra hər hansı dağıntı qeydə alınmadığını bildirib.
Şamaxıda təkrar baş verən zəlzələ həyəcana səbəb olub - VİDEO
Rəylər