Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.
Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Onlardan birinin adı məlum olub. 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.