Samux rayon sakini zəhərlənib.
APA xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.
2000-ci il təvəllüdlü R.Novruzova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatırılıb. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 21 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.