Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ bu gün saat 17.54-də Gəncədən 53 km cənub-qərbdə - Samux ərazisində qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3.5, dərinliyi 11 km olub.
Zəlzələ hiss olunmayıb.
S.B.
www.oxu.az