Samux rayonunun Alıuşağı kəndində post quraşdırılıb.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, avtomobillərin hərəkəti tam şəkildə açıqdır.
Postda əsasən kənd ərazisindən ət və süd məhsullarının daşınmasına nəzarət olunur. Burada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Baytarlıq İdarəsinin rəsmiləri də var. Yol üzrə hərəkət edən avtomobilər dezinfeksiya edilir. Bundan əlavə kənddə olan iri təsərrüfatlarda dezbaryerlər yaradılıb.
Məlumat üçün bildirək ki, dünən Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının yolxucu şöbəsinə qarayara infeksiyasının əlamətləri ilə şübhəli bilinən 11 nəfər yerləşdirilib. Bu şəxslərin bir çoxu Samux rayon Alıuşağı kənd sakinləridir.