Fələstin, Qəzza qan ağlayır. Fələstin israil terrorçularının əlində yanaraq kül olur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Qüds günü ilə baöğlı keçirilən təıdburdə çıxış edən Fələstinin Azərbaycandakı səfiri Naser Abdulmalik deyib.
O, bildirib ki, hər şeyə rəğmən Fələstin qəhrəmancasına mübarizə aparır:
“Fələstin qəhrəmancasına mübarizə aparır. Fələstin peygəmbərlərin torpağıdır. Bu günə kimi, 808 nəfər ölüb, 5345 nəfər yaralanıb, 1400 məcburi köçkün yaranıb. 3100 bina məscuid ev daöıdılıb. İsrail bütün Fələstin xalqına qarşı müharibıə aparır. Hesablamalara görə, bu günə kimi ölənlərin 80 faizini uşaqlar qadınlar və qocalar təşkil edir. Uşaqlar ölənlərin üçdə birini təşkil edirı.
Qəzza 7 ildir ki, mühasirdıdir. Bundan əvvəl isə Qəzza içməli su, işıq və digər vasitılər olmadığı üçün bir cəhənnəmə cevfrilib. Fələstin 1919 cu il inqilabının, 1939-cu il inqilabının xalqıdır. Azadlıq hərəkatının xalqıdır. Qəribədir ki, bəzi ölkələr bizə qarşı çıxırlar. Həmin ölkələrə sual olunur ki, ən böyük işğalçılığa məruz qalmış Fələstin haqqında niyə susursunuz, İnlar bəşər övladı deyillər? Biz islam ümmətindən olmamızdan qürür duyuruq və islam ümmətindən aldığımız dəstəkdən məmnunuq. Mən prezident ilham Əliyevə, azərbaycan ictimaiyyətinə bizə verdikləri dəstəyə görə təşəkkür edirəm”.