İranın dini lideri ayətullah Əli Xamneyi Fələstin xalqını İsrail ilə mübarizəni davam etdirməyə səsləyib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Əli Xamneyi İRNA agentliyinə verdiyi müsahibədə bildirib.
“Bu, qəddar rejimə qalib gəlməyin yeganə yolu müqavimət və mübarizəni davam etdirmək və münaqişə zonasını İordaniya çayının qərb sahilinə qədər genişləndirməkdir”, - Xamneyi deyib.
Öncədən xəbər verilib ki, İran hakimiyyəti müsəlman icmasını İsrail atəşindən zərər çəkən Qəzza bölgəsinin sakinlərinə yardımda fəal mövqe tutmağa çağırıb.