Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə yeni direktor təyinatı olub.
"Qafqazinfo" xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova bu vəzifəyə təyin edilib.
K.Hüseynova 2004-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. O, klassik musiqi janrlarında əsərlər və vətənsevərlik ruhunda mahnılar bəstələyib. O, eyni zamanda Azərbaycan musiqi mədəniyyətinə dair elmi əsərlərin müəllifidir.
Prezident İlham Əliyev müvafiq sərəncamı ilə 2021-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, K.Hüseynova şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
- Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
- İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar
- Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
- İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib