Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Naxçıvanda minaya düşən şəxsin son vəziyyəti açıqlandı
Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinin şöbə müdiri Azər Məmmədov "Report"a bildirib ki, avqustun 11-i axsam saat 21:20-də Şərur rayon sakini Bəxtiyar Sultanov bədən nahiyəsinin müxtəlif yerlərində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub.
"Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu açıq kəllə beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır"-deyə Azər Məmmədov deyib.
Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl yaylağı" adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.
Şahbuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.
"Mina partlayışı" teqi üzrə xəbərlər
- 24 gün əvvəl Goranboyda minaya düşən hərbçi evinə qayıtdı
- Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir"
- Minaya düşən hərbçimiz Bakıda əməliyyat olunacaq
- Goranboyda heyvanlar minaya düşüb
- Suqovuşanda minaya düşən şəxs: "Harada ki bayraqlar asılıb, xətt çəkilib, oraya qəti girməyin"
Rəylər