Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət başçısının yeni şəxsiyyət vəsiqələrinin hazırlanması üçün verdiyi sərəncamın icrasına başlayıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun bildirdiyinə görə, yeni şəxsiyyət vəsiqələri üçün tələb olunan imza sertifikatları vətəndaşlara pulsuz paylanacaq. O, bunun üçün yeni İmza Sertifikatlar Mərkəzi yaradılacağını deyir.
Burada avtomatik olaraq şəxsiyyət vəsiqələri yerləşdiriləcək.